Manaf "müğənninin metrodan istifadə etməsi doğru deyil" sözlərinə aydınlıq gətirdi VİDEO


Şou-biznes 15 Sen 2021 16:06:00 120 0

Manaf "müğənninin metrodan istifadə etməsi doğru deyil" sözlərinə aydınlıq gətirdi  VİDEO

Müğənni Manaf Ağayev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun adından yayılan "Müğənninin metrodan istifadə etməsi doğru deyil. Deməzlər ki, bu nə gündədir metro ilə gedir? Mən özümə o sözü dedizdirmərəm. Metro bizlər üçün deyil" sözlərinə aydınlıq gətirib.

M.Ağayev bildirib ki, özü və qohumları metrodan çox istifadə edib:

"Məni tanıyan bilir ki, hər zaman yetim-yesirin, kasıbın yanında olmuşam. Kasıba lağ etmərəm. Özüm kasıb olub, yataqxanadan gəlmişəm. İki sevdiyim nəqliyyat var: metro və təyyarə. Gəncliyim metroda keçib. Beş il unviersitetdə oxumuşam, metro ilə gedib gəlmişəm. Bu gün də qohum-əqrabam metroya minir. Qardaşım, bacım balaları tələbdir və dərsə metro ilə gedirlər. Guya metroya minəni təhqir etmişəm. Demək, öz nəslimi təhqir etmişəm? Mənimkilər hamıdan çoxdur. Dəliyəm, bu yaşımda belə söz deyim?

Dörd il əvvəl Tolikin verilişində dedilər ki, bir müğənni deyir metroya minmərəm. Cavab verdim ki, metro çox gözəldir. Amma nə dərəcədə düzdür ki, tanınmış müğənni gecə geyimnidə, salondan çıxıb metroya minib tədbirə gedir. Baxan deyəcək 2-3 manatı yoxdur taksiyə minib getsin? Təhqirdi bu?