Yeddi yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün səkkiz milyon manat ayrıldı


Siyasət 15 Sen 2021 15:28:00 132 0

Yeddi yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün səkkiz milyon manat ayrıldı

Prezident İlham Əliyev Ucar rayonunun Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, iyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş vəsaitin 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb