Koronavirusla bağlı QORXULU PROQNOZ:


Digərləri 15 Sen 2021 15:24:00 179 0

Koronavirusla bağlı QORXULU PROQNOZ:

"BioNTech" şirkətinin baş direktoru və həmtəsisçisi, əslən türk olan Uğur Şahin İngiltərənin "The Times" qəzetinə açıqlama verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, koronavirusun mutasiya olunmuş formaları barədə danışan alimin fikrincə, virus mutasiya olunmağa davam edəcək:

"Hazırda virusun mutasiya olunmuş formaları ilkin mərhələdədir. İndi istifadə edilən peyvəndlər koronavirusun burun, ağız və ciyərlərə keçməsinin qarşısını ala bilir. Ancaq virus bədənin başqa nöqtələrindən də keçə bilərək xəstəliyi yaymaq üçün yeni yollar tapa bilər".