"Ailədə, nəslimdə problem olacağını bilirdim"


Şou-biznes 15 Sen 2021 14:36:00 116 0

"Ailədə, nəslimdə problem olacağını bilirdim"

"Səhnəyə ilk addımlarımı atanda bilirdim ki, ailədə, nəslimdə problem olacaq. Gözlədiyim oldu, qarşılaşdım. Bütün bunlar ürəyimdə çatlar qoydu, hələ də o çatlar var. Baxmayaraq ki, qohumlarla münasibətim yaxşıdır, amma çat olanda, onu yapışdırmaq mümkün deyil. Bizi ümumiyyətlə, tanımadılar. Demədilər ki, bəlkə dəstək olaq, başqa bir iş görək. Tibb Universitetində oxuyurdum, dördüncü kursdan həyatımızda elə hadisələr baş verdi ki, biz çökdük.  İstəmədən imtina etməli oldum. Əslində istəyərdim qadın həkimi olum".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Üzə-düz" verilişində deyib. Sənətçi qohumlarının ona qarşı olan münasibətindən bəhs edib.

Fatimə qızı Aydandan danışaraq, onun ailə qurmasından söz açıb:

"Bu gün qızımın həyatından çox rahatam. Onlardan danışanda kövrəlirəm. Aydanı böyüdəndə çox əziyyətlər çəkdim. O mənim bacım, dostum oldu. Qızımın çox gözəl ailəsi var, kürəkənimdən də razıyam. Düzdür, aralarında hərdən inciklik olanda Aydana deyirəm ki, hər ailədə olur. Qızım yoldaşından bir neçə yaş kiçikdir, bir az kaprizləri ola bilər. Xoşbəxtəm ki, qızım bu yaşda məni nənə etdi.

Özümü tam da xoşbəxt insan saymıram, saymamışam da, bu hiss an kimi ola bilər. Söhbət, pul, var-dövlətdən getmir. Kiməsə bəxtəvərçilik yağdıran insanlardan da qaçıram. Bəxtəvər görünən insanın da öz dərdi var. Onun villası da olsa, tam xoşbəxt ola bilməz".