24 yaşlı leytenantın qəhrəmanlıq yolu


Digərləri 15 Sen 2021 14:24:00 109 0

24 yaşlı leytenantın qəhrəmanlıq yolu

Tərtərdə şəhid Sənan Məmmədlinin adına xatirə bulağı istifadəyə verilib

Məmmədli Sənan Səlim oğlu - Vətən müharibəsinin gənc şəhid leytenantı. O 24 yaşında məhz vətəninin fəxri, qəhrəman oğlu adını qazanaraq anılır.

Son.az Real TV-yə istinadən bildirir ki, bu gün Tərtərin Qaradağlı kəndində Sənan Məmmədlinin mövludu münasibətilə onun adına xatirə bulağı açıldı. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Sənanın adını əziz tutanlar onun xatirəsini ehtiramla anaraq bulağından su içdilər.

Sənan Məmmədli hərbi təhsilini uğurla başa vuraraq bir müddət gənc leytenant kimi Beyləqanda hərbi hissədə xidmət edib. Vətən müharibəsi başlayan gündən ön cəbhəyə atılaraq düşmənlə cəsarətlə mübarizə aparıb. Füzulinin, Cəbrayılın azad olunmasında şücaət göstərib. Daha sonra döyüş yolu Xocavənd, Zəngilan istiqamətində olub. Ağır döyüş əməliyyatlarının birində 4 gün mühasirədə qalaraq qəhrəmanlıqla şəhid olub.

Mövludun kimi şəhadətinlə də doğmalarının, el-obanın, Vətəninin əbədi fəxri oldun. Şəhadətdəki ad günün mübarək, cənab leytenant!