Bakıda kafedə gənc oğlan qətlə yetirilib FOTO


Kriminal 15 Sen 2021 07:35:00 153 0

Bakıda kafedə gənc oğlan qətlə yetirilib  FOTO

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Abulov Zabit Hakim oğlu nalayiq ifadalərə görə kafedə müştəri ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Z.Abulov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.