Şarapova zövq aldı, Di Kaprio gizləndi, Pitt və Kuper bir yerdə azarkeşdik etdilər


Şou-biznes 14 Sen 2021 11:42:00 106 0

Şarapova zövq aldı, Di Kaprio gizləndi, Pitt və Kuper bir yerdə azarkeşdik etdilər

Hollivud ulduzları Bred Pitt, Bredli Kuper, Rami Malek, Ben Stiler, Alek Bolduin və Leonardo Di Kaprio, eləcə də Mariya Şarapova Nyu Yorkda "US Open" tennis finalını izləyərkən görüntüləniblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, rusiyalı tennisçi Daniil Medvedev karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirini qazanıb. O, finalda bu il kubokların sayına görə bütün rekordları qıran Novak Cokoviçə qalib gəlib. Nəticədə Medvedev dünyanın bir nömrəli tennisçisini üç setdə 6: 4, 6: 4, 6: 4 hesabı ilə məğlub edib. Daniel özü əlamətdar qələbəni həyat yoldaşına həsr edib - final ərəfəsində onların evliliklərinin ildönümü idi.

Rusiyalı idmançı zəfərini ekstravaqant şəkildə - FİFA video oyunundan gülməli bir animasiyanı təkrarlamaqla qeyd edib (Qol vurulduqdan sonra, "gamepad"dakı müəyyən düymələr kombinasiyası basılı saxlanılsa oyunçu yanakı yıxılır).

Belə bir nüfuzlu turnirin finalı, hər zaman olduğu kimi (xüsusən də matç ABŞ -da keçirildiyi üçün) ulduzların marağına səbəb olub.

Aktyorlardan Bred Pitt, Bredli Kuper, Cozef Matsello və Rami Malek oyunu birlikdə izləyiblər. Onlardan bir qədər kənarda Leonardo  Di Kaprio "gizlənmişdi". Oyunu maraqla izləyən Ben Stiller daha çox çallaşmış saçları ilə jurnalistlərin diqqətini çəkib.