Məşhur layihə “Xəzər TV”də yayımlanacaq


Şou-biznes 14 Sen 2021 09:36:00 104 0

Məşhur layihə “Xəzər TV”də yayımlanacaq

Böyük Britaniyanın məşhur "Got Talent" layihəsi artıq Azərbaycanda da yayımlanacaq.

Son.az axşam.az-a istinadən xəbər verir ki,  "Xəzər TV" beynəlxalq layihə ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayaraq "Talant - Mərkəzi Asiya"nı ekranlarına gətirib.

Milyonlarla insanın böyük maraqla izlədiyi layihənin ilk buraxılışı 18 sentyabr saat 16:15-də sözügedən kanalda yayımlanacaq.

Layihənin sonrakı mərhələsində isə azərbaycanlı iştirakçıların seçimi nəzərdə tutulub. Azərbaycan üzrə seçimlər "Xəzər TV" vasitəsilə gerçəkləşdiriləcək.

Layihənin seçim mərhələləri Azərbaycanla yanaşı Qırğızıstan, Tacikistan, Qazaxıstan və Özbəkistanda keçiriləcək.

Qeyd edək ki, Böyük Britaniyanın "Got Talent" layihəsi "Ginnesin Rekordlar Kitabı"nda dünyanın ən uğurlu televiziya formatı kimi qeyd olunub. 

Şounun Mərkəzi Asiya qolu "Talant - Mərkəzi Asiya" adlanır.