“Netwoking Azerbaijan” növbəti tədbirini keçirib


Kriminal 14 Avq 2021 18:12:00 203 0

“Netwoking Azerbaijan” növbəti tədbirini keçirib

"Netwoking Azerbaijan" növbəti tədbirini keçirib.

Ənənələrinə sadiq qalaraq, "Netwoking Azerbaijan" bu mürəkkəb dövrdə hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa çalışır. Bu dəfə tədbir Xəzər dənizi sahilində dənizkənarı bulvarda rahat "Port Wine and Grill" kafesində keçirilib. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.

Karantin dövründə onlayn tədbirlərin birbaşa görüşlərin yerini tutacağı düşünülsə də, təcrübə göstərdi ki, insanlar, xüsusilə də biznes nümayəndələri canlı ünsiyyətdən imtina etməyə hazır deyillər. Sahibkarlar, nəhayət ki, bir yerə toplaşa və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, həmçinin pandemiya dövründə biznes aləmində yaranan çətinliklərlə əlaqədar fikir və təcrübələrini bölüşməyə müvəffəq olmuşlar. 50 nəfərin iştirak etdiyi gecədə biznes klubunun təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və tədbir boyu aktiv olmağa çağırmışdır. Gecənin fəxri qonağı və spikeri məşhur bloger və aparıcı Azər Qərib olmuşdur. İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana bilmişlər. Qonaqlar arasında müxtəlif yarışmalar keçirilib, sonda isə ən fəal qonaqlara hədiyyələr təqdim edilib. "Networking Azerbaijan" biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada  keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.

Milli.Az