Gədəbəy sakini naməlum şəraitdə bıçaqlanıb


Kriminal 13 Avq 2021 07:11:00 168 0

Gədəbəy sakini naməlum şəraitdə bıçaqlanıb

Gədəbəy sakini bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Gərgər kəndində qeydə alınıb.

1980-ci il təvəllüdlü Rəsulov İlqar Nürəddin oğlu ayağının bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.