Qarında qurultu: aclıqdan, yoxsa xəstəlikdən? Hansı halda həkimə getməli?


Digərləri 30 İyl 2021 23:55:00 90 0

Qarında qurultu: aclıqdan, yoxsa xəstəlikdən?  Hansı halda həkimə getməli?

Qarında qurultu həzm sistemində əmələ gəlmiş qaz və havanın bağırsaq peristaltikası nəticəsində dövr etməsidir.

Qurultu üçün yer, vaxt, aclıq, yemək, az, çox fərqi yoxdur. Onun qarşısını insan ala bilmir. Çox insan deyir aclıqdan qarın quruldayır. Amma elə insan var, elə yeməkdən sonra qurultu başlayır. Son.az xəbər verir ki, əgər qarından səs nadir halda, az və zəif olarsa, bu aclıqdan ola bilər. Əgər qurultu tez-tez və möhkəmdirsə, deməli, siqnaldır. İnsanı narahat edən bu anomal gurultunun çarəsini qastroenteroloqla birgə tapmaq lazımdır.

- Yemək yedikdən sonra qurultunun səbəbi: bir neçə saat aclıqdan sonra dərhal çox və ağır yemək qəbul etdikdə, bağırsaqlar yüksək aktivliklə işləyir. Peristaltika sürətləndikcə qazlar da çox dövr edir və qurultu yaranır.

- Bundan başqa, yağlı, ağır yeməyin həzmi üçün bakteriyaların dəstəyi lazımdır, bakteriyalar çoxaldıqca da qazlar çoxalır. - Yemək zamanı çox hava udmaq. Tələskən yeyənlərdə, ayaqüstü qidalanmada, danışaaq yeyəndə mədəyə çox miqdar hava da daxil olur. Həmçinin əsəbi, stresli insanlar da artıq hava udurlar. Bu zaman hava qarında burulğan yaradır. Saqqız çeynəmək də çox hava udmağa səbəb olur.

- Qazların yaranması: Mədədə qida pepsin fermenti vasitəsilə həll olunur, bu da turş mühitdə baş verir. Qida kütləsi mədədən bağırsağa ötürüləndə artıq turşu neytrallaşmalııdr. Əgər bir insanda turşu sintezi yüksəkdirsə, onu tam neytrallaşdırmaq mümkün deyil. Bu zaman CO2 adlı qaz əmələ gəlir, o bağırsaqlara keçərək, qurultu yaradır.

- Aşağı, yoxsa yuxarı? Əgər qaz mədədə, 12 barmaq bağırsaqda dövr edirsə, o zaman qarında burulğan və qurultu qarının yuxarı hissəsində, döş qəfəsinə yaxın hissələrdə hiss olunacaq. Əgər qurultu, qaz dövrü qarının aşağı hissəsində hiss olunursa, deməli qazlar nazik və düz bağırsaqda daha çox toplanır.

- Bakteriyalar da günahkardır. Bağırsaqlarda yaşayan bakteriyalar da qazların yaranmasında rol oynayır. Hesablamalara görə, 12 barmaq bağırsaqda bir dəfə yemək qəbulundan sonra 4 litr CO2 qazı yığılır. Turşuluq aşağı, zəif olanda bu qaz daha da artır və zərərli mikroorqanizmlər mədədə məhv edilmir. Bu adamlarda bakteriya və göbələklər o qədər çoxalır ki, mikrloflora və balans pozulur.

- Yatanda, yoxsa gəzəndə?

Əgər sizdə gurultu yalnız uzananda, yatanda eşidilirsə, o zaman öd axarı, öd dövranı pozulub, həzm normal getmir.

Əgər həm uzananda, həm ayaq üstdə qurultu varsa, siz tam müayinə olunub, həzm sistemini yoxlatmalısız.

Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub  FOTO like
  • 30 İyl 23:39  
Digərləri Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub FOTO

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində x

arrow Ətraflı
Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb like
  • 30 İyl 23:34  
Kriminal Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

arrow Ətraflı
Bakıda avtoqəza olub, yolda sıxlıq yaranıb  FOTO like
  • 30 İyl 23:30  
Digərləri Bakıda avtoqəza olub, yolda sıxlıq yaranıb FOTO

Bakının Sabunçu rayonu ərazisində, Böyük Şor şosesində yol qəzası ba

arrow Ətraflı
Ərəb koalisiyası husilərin PUAsını məhv edib like
  • 30 İyl 23:25  
Dünya Ərəb koalisiyası husilərin PUAsını məhv edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası "Ənsar

arrow Ətraflı
Zəhərlənmisinizsə qatıq içməyin!  Ziyanları like
  • 30 İyl 23:20  
Digərləri Zəhərlənmisinizsə qatıq içməyin! Ziyanları

Azərbaycanda qida zəhərlənməsi zamanı "ilk yardım" məqsədi il

arrow Ətraflı
Türkiyədə bu gün koronavirusdan 69 nəfər ölüb like
  • 30 İyl 23:05  
Dünya Türkiyədə bu gün koronavirusdan 69 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 69 nəfər həyatı

arrow Ətraflı
Türkiyədə 81 meşə yanğınından 70i lokallaşdırlıb like
  • 30 İyl 22:55  
Dünya Türkiyədə 81 meşə yanğınından 70i lokallaşdırlıb

Türkiyədə baş verən 81 meşə yanğınından 70-ini lokallaşdırmaq mümü

arrow Ətraflı