Zəhərlənmisinizsə qatıq içməyin! Ziyanları


Digərləri 30 İyl 2021 23:20:00 108 0

Zəhərlənmisinizsə qatıq içməyin!  Ziyanları

Azərbaycanda qida zəhərlənməsi zamanı "ilk yardım" məqsədi ilə bir çox hallarda xəstəyə qatıq verilir.

Bu isə çox böyük səhvdir və xəstənin vəziyyətini yüngülləşdirmir, əksinə ağırlaşdırır. Zəhərlənmədən sonra ilk 2 gün ərzində qatıq vermək qadağandır.

Son.az saglamolun.az-a istinadən bunun səbəblərin izah edir.

Zəhərlənmə adətən qusma və ishalla muşayiət olunur. Belə vəziyyətdə bağırsaqların peristaltikasını (hərəkətlilik) artıran qatıq ishalı daha da gücləndirəcək. Bu isə susuzlaşmanın riskini artırır. Zəhərlənmə zamanı məhz susuzlaşma ən təhlükəli fəsaddır ki, ağır hallarda hətta insanın ölümünə səbəb ola bilər.

Digər səbəb. Zəhərlənmə zamanı bağırsaqların selikli qişaları zədələnir və qıcıqlanır. Qatıq isə turş məhsuldur və onun tərkibində olan turşular selikli qişanı daha da qıcıqlandıracaq.

Zəhərlənmə zamanı düzgün ilk yardım necə olmalıdır?

- Qida zəhərlənməsinə şübhə yarandıqda dərhal təcili yardım çağırın.

- Xəstənin mədəsini yuyun. Bunun üçün adi ilıq sudan istifadə edin. Xəstə 2 stəkan ilıq su içməli və sonra dilin kökünə basmalıdır ki, qussun. Mədə təmiz su çıxana qədər yuyulmalıdır.

- Daha sonra xəstəyə smekta, enterosgel kimi preparatlardan birini verin. Bu preparatlar bağırsaqlarda olan toksinləri özünə hopdurur və çölə çıxardır. Kömürdən istifadə etməyin. Onun effektivliyi aşağıdır.

- Çoxsaylı qusma və ishal nəticəsində yaranan susuzlaşmanın qarşısını almaq üçün xəstəyə regidron və ya oralit verilir. Preparat təyinata uyğun olaraq suda həll olunur və hər qusma və ishaldan sonra bir neçə qurtum olmaqla içilir. Bu preparatlar orqanizmin su-duz balansını bərpa edir.

- Xəstəyə həkimin təyini olmadan heç bir digər dərman (qusma və ishal əleyhinə preparatlar, antibiotiklər, lineks, ot dəmləmələri və s.) vermək olmaz (!).

- Zəhərlənmənin 1-ci günü xəstəyə hər hansı qida vermək tövsiyə edilmir. Bu həzm sisteminin daha tez bərpasına kömək edəcək. Növbəti günlərdə xəstəyə xüsusi pəhriz təyin olunur.

Türkiyədə bu gün koronavirusdan 69 nəfər ölüb like
  • 30 İyl 23:05  
Dünya Türkiyədə bu gün koronavirusdan 69 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 69 nəfər həyatı

arrow Ətraflı
Türkiyədə 81 meşə yanğınından 70i lokallaşdırlıb like
  • 30 İyl 22:55  
Dünya Türkiyədə 81 meşə yanğınından 70i lokallaşdırlıb

Türkiyədə baş verən 81 meşə yanğınından 70-ini lokallaşdırmaq mümü

arrow Ətraflı
Yod çatışmazlığına qarşı mübarizədə dəniz duzundan istifadə etmək faydalıdır like
  • 30 İyl 22:30  
Digərləri Yod çatışmazlığına qarşı mübarizədə dəniz duzundan istifadə etmək faydalıdır

Zob xəstəliklərinin əsas səbəbi orqanizmdə yod çatışmazlığı nətic

arrow Ətraflı
Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü like
  • 30 İyl 22:25  
Dünya Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 622 yoluxma halı qey

arrow Ətraflı
Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər like
  • 30 İyl 22:20  
Digərləri Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər

Protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əla

arrow Ətraflı