Bu, xərçəng riskini artırır


Digərləri 30 İyl 2021 22:15:00 168 0

Bu, xərçəng riskini artırır

Hər gün 350 milliqram şəkərli qida istehlak edən qadınlarda bağırsaq xərçəngi riski 32% artır.

Son.az xəbər verir ki, bu barədə türkiyəli professor Ebru Karcı danışıb.

E.Karcı piylənmə səbəbilə qan şəkəri səviyyəsinin xərçəng riskini artırdığına diqqət çəkib: "Qadınlarda piylənmə ilə əlaqədar araşdırmalar daha güclü məlumatlar əldə etməyimizə kömək oldu. Əslində, bu, yağ toxuması ilə əlaqəli bir vəziyyətdir. Bunlar yağ toxumasında olan artımın bəzi insanlara təsir etdiyini göstərən məlumatlardır ki, qadınlarda estrogen hormonunun artması ilə xərçəng riski də artır".

Professor qeyd edib ki, 50 yaşdan yuxarı insanlarda obezlik xəstəliyi və ya genetik meyilli xərçəng növü daha çox görülür. Onun sözlərinə görə, qlükoza zamanla bədəndə yığılan bir maddədir və mədəaltı vəzi stimullaşdıraraq insulin ifrazına səbəb olur. Bu da piylənməni artırır.

Bütün bu hallar xərçəng olma ehtimalına təsir edir.

İşlənmiş şəkərli qidaların xərçəng riskini artırdığını da qeyd edən Ebru Karcı bildirib ki, meyvədən götürülən şəkər xaricində tərkibində digər şəkər olan qidalar təhlükəli hesab olunur: "Bu qidalar həm obezliyi, həm də bədənin bəzi xərçəng mexanizmlərini işə salır. Ağ çörək əvəzinə kəpəkli çörək yeməliyik. İşlənmiş qidalardan uzaq olmalıyıq. Bu risk ciddidir. Yağ ehtiva edən qidaların istehlakı sağlamlığımıza zərər verir. Hər gün 45 dəqiqə yavaş templə gəzməliyik. Zərurət yaranarsa, həyat tərzimizi dəyişdirməliyik. Beləliklə, xərçəng riskini azaldarıq. Siqaret və alkoqol da xərçəng olma ehtimalını əhəmiyyətli dərəcədə artırır, buna görə onlardan uzaq durmalıyıq", - professor əlavə edib. (publika.az)