Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib


Digərləri 30 İyl 2021 21:40:00 109 0

Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan Son.az-a verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq "Rosselxoznadzor" tərəfindən 3 avqust 2021-ci il tarixindən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184.5 %-ni təşkil edir.

Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır  Ərdoğan like
  • 30 İyl 21:35  
Dünya Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır Ərdoğan

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin müxtəlif əyalətlərində me

arrow Ətraflı
CBC teleradio şirkətində kadr islahatları  like
  • 30 İyl 21:00  
Digərləri CBC teleradio şirkətində kadr islahatları

Dünyanın rus dilli informasiya məkanında teleradio yayımının inkişafı v

arrow Ətraflı
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb like
  • 30 İyl 20:42  
Digərləri Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2

arrow Ətraflı