Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır Ərdoğan


Dünya 30 İyl 2021 21:35:00 85 0

Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır  Ərdoğan

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin müxtəlif əyalətlərində meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Ölkənin 1 140 nöqtəsində meşə yanğınlarının söndürülməsi davam edir. Sizi araşdırmanın nəticələrini gözləməyə çağırıram. Hökumət üzvləri də hazırda hadisə yerlərindədirlər. Bütün vasitələr meşə yanğınlarının lokallaşdırılmasına və söndürülməsinə yönəldilib".

Dövlət başçısı əlavə edib ki, DİN-in araşdırmasında meşə yanğınlarının səbəblərindən biri də təxribat hesab edilir.

T.Ərdoğan qeyd edib ki, amfibiya təyyarələri yanğınlarla mübarizədə ən təeffektiv vasitə olaraq qalır: "İyulun 30-u üçün Rusiya və Ukraynadan alınanlar da daxil olmaqla meşə yanğınları ilə mübarizəyə 5-6 amfibiya təyyarə cəlb olunub".

Qeyd edək ki, iyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Bəzi ərazilərdə yanğınlar hələ də davam edir.

CBC teleradio şirkətində kadr islahatları  like
  • 30 İyl 21:00  
Digərləri CBC teleradio şirkətində kadr islahatları

Dünyanın rus dilli informasiya məkanında teleradio yayımının inkişafı v

arrow Ətraflı
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb like
  • 30 İyl 20:42  
Digərləri Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2

arrow Ətraflı
AHİK İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət qəbul edib like
  • 30 İyl 20:23  
Digərləri AHİK İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət qəbul edib

İyulun 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)

arrow Ətraflı