Avqustda Almatıda COVID19un dördüncü dalğası proqnozlaşdırılır


Dünya 30 İyl 2021 20:51:00 205 0

Avqustda Almatıda COVID19un dördüncü dalğası proqnozlaşdırılır

Qazaxıstanın Almatı şəhərində COVID-19-la bağlı vəziyyət gündən-günə pisləşir. Virusoloqlar avqustun 3-4-də koronavirusa yoluxma sayında artım gözlənildiyini, ayın 10-12-də isə Almatının koronavirusun dördüncü dalğası ilə qarşılaşacağını proqnozlaşdırırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son sutkada ölkədə 81 nəfər koronovirusdan, 16 nəfər isə koronavirus sətəlcəmindən həyatını itirib.

Qeyd edək ki, ölkə üzrə son sutka ərzində koronavirus infeksiyasında yeni rekord rəqəm - 7479 yoluxma qeydə alınıb.

Ümumilikdə ötən ilin martından Qazaxıstanda koronavirusa yoluxanların sayı 60 min 280 nəfərə çatıb.