Ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub Fərəh Əliyeva


Siyasət 30 İyl 2021 20:08:00 80 0

Ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub  Fərəh Əliyeva

Ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın nəzdindəki İdarələrarası Mərkəzin elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun rəhbəri Fərəh Əliyeva deyib.

Onun sözlərinə görə, hər günü Azərbaycan xalqının tarixinə böyük qəhrəmanlıq salnaməsi kimi düşən 44 günlük müharibə Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun parlaq qələbəsi ilə başa çatıb. Bilirsiniz ki, müharibə başa çatan kimi dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizdə bərpa quruculuq işlərinin xüsusi vüsətlə getməsi, məhz quruculuq işlərinin, yenilməzlik ruhumuzu təsdiq edən böyük qayıdış planına start verib.

F.Əliyeva bildirib ki, bütün bu məsələləri əlaqələndirilmiş şəkildə həyata keçirmək üçün dövlət başçısının Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan sosial-iqtisadi, humanitar, bərpa-quruculuq məsələləri mərkəzləşmiş qaydada fəaliyyəti təmin etmək üçün Əlaqələndirmə Qərargahı yaradılıb: "Bu Qərargah nəzdində idarəetmənin daha çevik aparılması üçün mərkəz yaradılıb. Mərkəzdə müxtəlif işçi qruplar fəaliyyət göstərir. Onlardan biri də elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupudur. Prezident Sərəncamı noyabrda verilib, yəni qələbəmizdən bir neçə gün sonra. Bu müddət ərzində orada aparılacaq işlərin planlaşdırılması, perspektivləri, layihələndirmə istiqamətli xeyli iş görülüb. Biz bu işləri daha dəqiq aparmaq üçün işğaldan azad olunmuş torpaqlarda işçi qrupların iclaslarını keçiririk. Dünən biz Ağdamda olmuşuq, kifayət qədər bilgi toplaya bilmişik. Ağdamın tarixi yerlərində olmuşuq, mədəni abidələrinə baxmışıq. Sözün düzü, Ağdamda gördüklərimiz bizi çox sarsıtdı. Vaxtilə Azərbaycanın ən gözəl, inkişaf etmiş çiçəklənən şəhərindən demək olar ki, heç nə qalmayıb. Amma biz inanırıq ki, tarixi yaddaşımızda Ağdam necə qalıbsa, gələcəyimizin də çox parlaq şəhəri olacaq. Ağdamda İmarət Kompleksinə baxdıq, Şahbulaqda olmuşuq, Qiyaslı məscidində, Ağdam Cümə məscidində olmuşuq. Bildiyiniz kimi, cənab Prezident səfərdə olanda bir çox layihələrə artıq imza atıb, xüsusi göstəriş verib. Bunların arasında möhtəşəm Zəfər parkı olacaq, İşğal muzeyi çox orijinal konsepsiyaya malik olacaq. Biz onların hamısına baxış keçirdik, fikir mübadiləsi apardıq. İşçi qrupun tərkibində alimlər, mütəxəssislər var. Aidiyyəti üzrə orada iş aparan dövlət qurumların nümayəndələri var.

Ağdamdan sonra Şuşada olmuşuq, Şuşa bildiyiniz kimi, Azərbaycanın mədəniyyət paytaxtıdır. Orada şəhər dövlət qoruğu yaradılıb. Şuşada yüzlərlə mədəni-dini abidələrimiz var. Bu abidələr artıq prioritetləşdirilir, yəni invertarlaşması tam bitib. Biz onların hamısına baxış keçirmişik, Ağdamın da tarixi məhəllələrinə baxmışıq, orada artıq bərpa-quruculuq işləri aparılır. Bütün kompleks tədbirlər müzakirə olunub, onların hamısı toplanacaq, müəyyən bir rəy təqdim olunacaq.

Hadrutda da alban məbədinə getdik, ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub, özününkü olmayanı özününküləşdirmək olub. Bu baxımdan, təbii ki, bizim alimlərimizin, memarlarımızın, arxeoloqlarımızın üzərinə böyük iş düşür. Biz Ağdamda Üzərliktəpədə də olduq. Yaxın günlərdə orada da qazıntı işlərinə başlanacaq. Bir sözlə, İşçi qrupu olaraq bu işlərin sadəcə icrasına məsul olan məmur kimi yanaşırmırıq, bunlar hamısı bizim vətəndaşlıq borcumuzdur. O torpaqlarda şəhidlər vermişik, bu torpaqlar şəhidlərin qanı-canı bahasına alınıb. Ona görə də bu, bizim vicdan borcumuzdur ki, tez bir zamanda dövlət başçısının dediyi kimi, Qarabağı cənnətə çevirək".

Süni mayalanma zamanı embrionlar səhv salındı  Başqasının uşağını doğdu like
  • 30 İyl 20:06  
Digərləri Süni mayalanma zamanı embrionlar səhv salındı Başqasının uşağını doğdu

Rusiyanın Çelyabinsk şəhərində süni mayalanma zamanı səhv baş verib.

arrow Ətraflı
Yoxlama zamanı 693,5 min manat artıq və əsassız ödənişlər aşkar edildi like
  • 30 İyl 20:00  
Digərləri Yoxlama zamanı 693,5 min manat artıq və əsassız ödənişlər aşkar edildi

Aparılan nəzarət tədbirləri ilə aşkar olunan 693,5 min manat məbləğind

arrow Ətraflı
Yaş yarımlıq körpəyə işgəncə verən kişini döydülər like
  • 30 İyl 19:54  
Digərləri Yaş yarımlıq körpəyə işgəncə verən kişini döydülər

Yaş yarımlıq körpəyə işgəncə verən ata meydan ortasında yerli sakinl

arrow Ətraflı
Uşaqlıq dostunu kürəyindən vurub öldürdü like
  • 30 İyl 19:48  
Digərləri Uşaqlıq dostunu kürəyindən vurub öldürdü

Manisada 26 yaşlı Mustafa Ş. mübahisə etdiyi 25 yaşlı uşaqlıq dostu Do

arrow Ətraflı
17 yaşlı oğlan atasını güllələdi  Qeyriadi səbəb  FOTO like
  • 30 İyl 19:42  
Digərləri 17 yaşlı oğlan atasını güllələdi Qeyriadi səbəb FOTO

Adanada 17 yaşlı bir gənc ona pul vermək istəməyən atasını silahla vurm

arrow Ətraflı
Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır  Sahibə Qafarova like
  • 30 İyl 19:38  
Siyasət Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır Sahibə Qafarova

İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin müxtəlif b

arrow Ətraflı
Dünyanın ən zəngin ölkəsi zibilliklərə təslim oldu like
  • 30 İyl 19:36  
Digərləri Dünyanın ən zəngin ölkəsi zibilliklərə təslim oldu

Dünyanın ən zəngin karbohidrogen ehtiyatları, eləcə də, turizmin inkişa

arrow Ətraflı
"Ürəyim insanlar üçün deyil, yanğında qalan heyvanlar üçün döyünür" like
  • 30 İyl 19:30  
Şou-biznes "Ürəyim insanlar üçün deyil, yanğında qalan heyvanlar üçün döyünür"

Müğənni Jehan Barburun Türkiyədəki meşə yanğınları ilə bağlı tvi

arrow Ətraflı
Gəncədə “patı” satanlar saxlanılıb  FOTO like
  • 30 İyl 19:24  
Digərləri Gəncədə “patı” satanlar saxlanılıb FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsi

arrow Ətraflı
Təhsil Nazirliyinin keçirdiyi bu imtahanlarda hər il narazılıqlar olur  Ekspert like
  • 30 İyl 19:18  
Digərləri Təhsil Nazirliyinin keçirdiyi bu imtahanlarda hər il narazılıqlar olur Ekspert

MİQ imtahanları Təhsil Nazirliyinin uğurlarına kölgə salır. Təklif edir

arrow Ətraflı
Güclü tornado binaları dağıtdı like
  • 30 İyl 19:12  
Digərləri Güclü tornado binaları dağıtdı

ABŞ-ın Pensilvaniya əyalətində baş verən güclü tornado nəticəsində b

arrow Ətraflı
"Arzu" şadlıq sarayı da cərimələndi  FOTO like
  • 30 İyl 19:06  
Digərləri "Arzu" şadlıq sarayı da cərimələndi FOTO

Saatlıda karantin qayadaları pozulan toy məclisləri aşkar olunub

arrow Ətraflı
Deputat Eldəniz Səlimovun məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılır like
  • 30 İyl 18:58  
Digərləri Deputat Eldəniz Səlimovun məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılır

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı a

arrow Ətraflı
Hərbçilərlə "Taliban" arasında atışma  Ölənlər və yaralananlar var like
  • 30 İyl 18:54  
Dünya Hərbçilərlə "Taliban" arasında atışma Ölənlər və yaralananlar var

Əfqanıstanın cənubunda hərbçilərlə "Taliban" qruplaşması ara

arrow Ətraflı