Bu şəxslər tromboza meyillidir Həkimdən xəbərdarlıq


Digərləri 30 İyl 2021 20:37:00 123 0

Bu şəxslər tromboza meyillidir  Həkimdən xəbərdarlıq

Elə kateroqiya insanlar var ki, istənilən virus infeksiyası, eləcə də koronavirusa yoluxduqda qanın yüksək laxtalanması səbəbindən tromboz yaranması riski artır.

Son.az xəbər verir ki, infeksionist həkim Andrey Pozdnyakov tromboza genetik, irsən meyilli pasiyentlər var.

Hazırda bu geniş yayılmış xəstəlik olduğu üçün damarların və qanın vəziyyətini nəzərə almaq lazımdır.

Koronavirus zamanı endotellər damarların iç divarına çökür, bu zaman qan dövranı çətinləşir.

Damarların endotelləri uzun müddət və asta bərpa olur, ona görə covid zədələnməsi nəticəsində trombozlar yarana bilər. İnsan heç hiss etmir ki, onda tromboz yarandı. Bu gizli qatildir. Təəssüf ki, genetik problemli xəstələrdə trombozun elə ilk baş verməsi insultla, infarktla nəticələnə bilər.

Hormonal kontraseptivlər qəbul edən qadınlar, hormonal pozuntusu olan xəstələr, artıq çəkili adamlar, ürək damar problemi olanlarda tromboz riski yüksəkdir.