Bakıda körpənin yemək borusundan dəmir halqa ÇIXARILDI FOTO


Digərləri 30 İyl 2021 20:18:00 139 0

Bakıda körpənin yemək borusundan dəmir halqa ÇIXARILDI  FOTO

Bakıda 1 yaşlı uşaq çarpayıda oynayarkən yad cisim udaraq boğulmağa başlayıb. Valideynləri uşağın nə udduğunu görməsələr də, ilkin müdaxilə edib, nəfəs yolunu açıblar.

Uşağın artıq nəfəs aldığını görüb, onu əlavə müayinəyə aparmayıblar.

Son.az xəbər verir ki, hadisədən sonra uşaq yemə və sudan imtina edib, qızdırması qalxıb.

Valideynlər qorxu içərisində uşağı xəstəxanaya, uşaq cərrahı Fuad Hüseynovun müayinəsinə çatdırırlar.

Rentgen müayinə göstərib ki, uşağın qida borusunun girişində dairəvi, böyük yad cisim qalmaqdadır.

Vəziyyət təcili müdaxilə tələb etdiyindən, qızdırmalı vəziyyətdə uşaq cərrahi əməliyyata alınır.