AHİK İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət qəbul edib


Digərləri 30 İyl 2021 20:23:00 132 0

AHİK İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət qəbul edib

İyulun 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi ABŞ-ın Azərbaycan Silahlı Qüvvələrinə maliyyə və təlim yardımının qadağan olunmasını nəzərdə tutan Nümayəndələr Palatasının xarici ölkələrə yardımlarla bağlı qanuna qəbul etdiyi düzəlişə dair beynəlxalq təşkilatlara müraciət qəbul edib.

AHİK-dən Son.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Böyük təəssüf hissi ilə bildiririk ki, ABŞ Konqresinin Nümayəndələr Palatası xarici yardımları nəzərdə tutan qanuna konqresmen Frenk Pallone və bu qurumun erməni kokusundakı (qrupu) digər üzvlərinin təklif etdiyi düzəlişi dəstəkləmişdir. Düzəlişdə qərəzli şəkildə və saxta arqumentlər əsas gətirilərək ABŞ-ın Azərbaycan Silahlı Qüvvələrinə maliyyə və təlim yardımının qadağan olunması nəzərdə tutulmuşdur.

Nümayəndələr Palatası Ermənistan dövlətinin işğalçı siyasətini pərdələyən yalan dəlillər gətirərək Azərbaycan tərəfini təcavüzkar kimi göstərməyə çalışmiışdır. Bu dəlillər reallığı əks etdirmir, həqiqətdən uzaqdır.

Ermənistan Azərbaycanın ərazisinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb, bir milyondan artıq azərbaycanlı ata-baba yurdlarından qovulub. İşğal olunmuş ərazilərdə bütün kənd və şəhərlər viran edilib, soyqırımı siyasəti həyata keçirilib, mədəni və dini abidələr dağıdılıbdır.

Ermənistanın təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul olunmuşdur. Qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilib və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunmuşdur. Beynəlxalq hüququn tələb və prinsiplərinə məhəl qoymayan Ermənistan işğalçı siyasətini daha da genişləndirmək məqsədilə 2020-ci ilin sentyabrın 27-də yenidən Azərbaycan üzərinə hücuma keçdi. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatlarına başladı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış ərazilərini Ermənistanın işğalından azad etdi.