Bakıda Pakistan Milli Assambleyası ilə Anlaşma Memorandumu imzalandı FOTO


Siyasət 30 İyl 2021 18:26:00 102 0

Bakıda Pakistan Milli Assambleyası ilə Anlaşma Memorandumu imzalandı  FOTO

İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əvvəlcə, parlament sədrlərinin təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunub, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün və Bakı Bəyannaməsinin əhəmiyyətini vurğulayıblar.

Sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.

Milli Məclisin sədri qonaqları salamlayaraq, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərə dəvətini qəbul edərək, Azərbaycana rəsmi səfər etdiyinə görə minnətdarlığını ifadə edib. Qeyd edilib ki, Əsəd Qeysərin ölkəmizə bu səfəri Pakistan Milli Assambleyası sədrinin ilk rəsmi səfəridir. Səfər zamanı Azərbaycan, Pakistan, Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün keçirilməsi tarixi əhəmiyyət daşıyır. Pandemiya dönəmində belə bir tədbirin baş tutması münasibətlərimizin inkişafına verilən böyük əhəmiyyətdən xəbər verir.

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində dövlət başçılarının xüsusi rolu var. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün əsaslı zəmin yaradıb. Ölkələrimiz arasında imzalanmış 36 sənəd əməkdaşlığımızın hüquqi bazasını təşkil edir. 2015-ci ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə isə əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir.

Sahibə Qafarova bildirib ki ölkələrimiz arasında mövcud olan geniş mədəni, humanitar münasibətlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. O, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda mühüm sosial-humanitar layihələr həyata keçirildiyini xatırladaraq, qeyd edib ki, bu xeyirxah əməllərinə görə Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın ali ordeni olan "Hilal-e Pakistan" ilə təltif olunub.

Görüşdə spiker Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya və Füzuliyə səfərlərini qeyd edərək deyib ki, nümayəndə heyətlərinin üzvləri 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş meydanında necə bir tarixi Zəfər qazandığının şahidi oldular. Biz Azərbaycanın haqlı mübarizəsində Pakistan hökumətinin və parlamentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndiririk. Sahibə Qafarova Pakistan Milli Assambleyasında Azərbaycan Respublikasının ərazisinə erməni təcavüzünü pisləyən qətnamənin, həmçinin, Xocalı şəhərində mülki əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş soyqırımı haqqında qətnamənin qəbul edilməsini yüksək qiymətləndirərək, bunun dostluğumuzun daha bir nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan və Pakistanın qanunverici orqanları arasında əməkdaşlıq haqqında da danışan Milli Məclisin Sədri hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini bildirib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər ölkəmizə rəsmi səfəri çərçivəsində parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü, Bakı Bəyannaməsinin imzalanması barədə danışaraq, Azərbaycanın rəsmi şəxsləri ilə keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Pakistan dost və qardaş ölkə olan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir.

Qonaq Vətən müharibəsində ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə Sahibə Qafarovanı və Azərbaycan xalqını təbrik edib. Qeyd edilib ki, bu məsələdə Pakistanın mövqeyi birmənalıdır, Azərbaycanın haqlı mübarizəsini həmişə dəstəkləyib.

Qonaq ümidvar olduğunu bildirib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi, mədəni, humanitar sahələrə də öz təsirini göstərəcək. İqtisadi əlaqələrimizin dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Enerji, kənd təsərrüfatı, turizm, humanitar sahələrdə daha böyük uğurlar qazanmaq üçün geniş imkanlar var.

Qonaq qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrimizin daha da dərinləşməsi qarşıya qoyulan hədəflərə çatmaq baxımından əhəmiyyətlidir. Dostluq qrupları arasında təmasların mütəmadi xarakter alması münasibətlərimizin gələcək inkişafında əhəmiyyətli rol oynaya bilər.

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən hər iki ölkənin parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb.

Milli Məclisin Sədri Sahibə Qafarova bu sənədin parlamentlərarası münasibətlərimizdə yeni səhifə açacağına əminliyini ifadə edib.

Kürdəmir sakini həmkəndlisini güllələdi like
  • 30 İyl 18:18  
Digərləri Kürdəmir sakini həmkəndlisini güllələdi

Kürdəmirdə qətl hadisəsi baş verib.

arrow Ətraflı
76 nəfər vəzifəli şəxsə 54,4 min manat cərimə yazılıb like
  • 30 İyl 18:16  
Digərləri 76 nəfər vəzifəli şəxsə 54,4 min manat cərimə yazılıb

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-c

arrow Ətraflı
İyunda güzəştli şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb like
  • 30 İyl 18:12  
Digərləri İyunda güzəştli şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

2021-ci ilin iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların

arrow Ətraflı
Azərbaycanda dəhşətli cinayət: Taksi sürücüsünü öldürüb basdırdılar like
  • 30 İyl 18:06  
Digərləri Azərbaycanda dəhşətli cinayət: Taksi sürücüsünü öldürüb basdırdılar

Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü - L

arrow Ətraflı
Tibbi tullantılar və onların daşınması sahəsində ciddi problem var  Yaqut Qarayeva like
  • 30 İyl 18:02  
Digərləri Tibbi tullantılar və onların daşınması sahəsində ciddi problem var Yaqut Qarayeva

Tibbi tullantılar çox böyük problemdir. Tibbi tullantıların ayrılması ə

arrow Ətraflı
"Mənim üçün ən yaxşısı hələ qarşıdadır"  Aysel like
  • 30 İyl 18:00  
Şou-biznes "Mənim üçün ən yaxşısı hələ qarşıdadır" Aysel

Avroviziya təmsilçilərimizdən olan Aysel Teymurzadə sosial şəbəkədə ye

arrow Ətraflı
"Hepatit B" və "Hepatit C"yə yoluxma halları artır  Yaqut Qarayeva like
  • 30 İyl 17:54  
Digərləri "Hepatit B" və "Hepatit C"yə yoluxma halları artır Yaqut Qarayeva

Təəssüf ki, son illərdə "Hepatit B" və "Hepatit C"yə

arrow Ətraflı
Şamaxıda koronavirus xəstəsinə cinayət işi açıldı like
  • 30 İyl 17:48  
Digərləri Şamaxıda koronavirus xəstəsinə cinayət işi açıldı

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müv

arrow Ətraflı
FHNin dəstək qüvvələri Türkiyəyə yola salınır like
  • 30 İyl 17:42  
Digərləri FHNin dəstək qüvvələri Türkiyəyə yola salınır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu

arrow Ətraflı
Gömrükdən külli miqdarda zinət əşyası keçirmək istəyən şəxs saxlanıldı like
  • 30 İyl 17:36  
Digərləri Gömrükdən külli miqdarda zinət əşyası keçirmək istəyən şəxs saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdar

arrow Ətraflı
Avqustun 2nə USD/AZN rəsmi məzənnəsi like
  • 30 İyl 17:34  
Digərləri Avqustun 2nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 2-nə olan USD/AZN rəsmi məzənnə

arrow Ətraflı
İstanbulda meşə sahələrinə giriş qadağan edildi like
  • 30 İyl 17:30  
Dünya İstanbulda meşə sahələrinə giriş qadağan edildi

Türkiyənin İzmir, Aydın, Kocaeli, Balıkesir, Çanaqqala, Qaziantep və Burs

arrow Ətraflı
Ağdam rayonunun Şuraabad kəndi  VİDEO like
  • 30 İyl 17:24  
Digərləri Ağdam rayonunun Şuraabad kəndi VİDEO

Müdafiə Nazirliyi Ağdam rayonunun Şuraabad kəndindən videogörüntülər y

arrow Ətraflı
Azərbaycanlı bloger Tbilisidə ölü tapıldı like
  • 30 İyl 17:18  
Digərləri Azərbaycanlı bloger Tbilisidə ölü tapıldı

Azərbaycan vətəndaşı Gürcüstanda mehmanxanada ölü tapılıb.

arrow Ətraflı