Məişət tullantılarının idarə edilməsində köklü dəyişikliklərə ehtiyac var Hikmət Əlizadə


Digərləri 30 İyl 2021 18:36:00 130 0

Məişət tullantılarının idarə edilməsində köklü dəyişikliklərə ehtiyac var  Hikmət Əlizadə

Məişət tullantılarının idarə edilməsində köklü dəyişikliklərə ehtiyac var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, "İstehsalat və məişət tullantıları haqqında" Qanuna və digər normativ-hüquqi aktlara uyğun olaraq tullantıların idarə edilməsinə, poliqonların idarəçiliyinə yerli idarəetmə orqanları, onların mənzil-kommunal idarələri cavabdeh və məsuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız nəzarət funksiyasını yerinə yetirir.

O qeyd edib ki, aparılan nəzarət və inzibati tədbirlərlə yanaşı, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Mənzil-Kommunal idarəsinə tərəfimizdən müraciətlər olunub: "Ötən il Sumqayıt şəhər məişət tullantıları poliqonunda tullantıların düzgün idarə olunmamasına görə "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

2021-ci ilin 7 ayı ərzində isə "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC barəsində 5 akt, 2 inzibati protokol tərtib edilib və qərar çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub.