Hərbçilərlə "Taliban" arasında atışma Ölənlər və yaralananlar var


Dünya 30 İyl 2021 18:54:00 122 0

Hərbçilərlə "Taliban" arasında atışma  Ölənlər və yaralananlar var

Əfqanıstanın cənubunda hərbçilərlə "Taliban" qruplaşması arasında baş verən atışma nəticəsində 3-ü uşaq, 2-si qadın omaqla 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

Son.az report-a istinadən bildirir ki,  bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi, Zabul əyaləti xəstəxanasının baş həkimi Nazir Xarifal bildirib.

Məlumata görə, atışma Əfqanıstanın cənubunda yerləşən Zabul əyalətinin Kalat dairəsində baş verib.

Zabul Əyaləti Polis İdarəsi insidentlə bağlı "Taliban" qruplaşmasını ittiham edib. Qruplaşma isə hadisəyə hələ ki münasibət bildirməyib.