"Görənlər bəyənmir, amma, mənim üçün önəmli bir şeyi təmsil edir" FOTO


Şou-biznes 30 İyl 2021 18:30:00 127 0

"Görənlər bəyənmir, amma, mənim üçün önəmli bir şeyi təmsil edir"  FOTO

Sevgilisi müğənni Cennifer Lopezlə yenidən eşq yaşamağa başladıqdan sonra gündəmdə olan Hollivud ulduzu Ben Afflek bu dəfə kürəyindəki döymə ilə diqqət çəkib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, dostları ilə tətildə olarkən paparatsilər tərəfindən çəkilən fotolarda Affektin belindəki Simurq quşu döyməsi marağa səbəb olub.

Aktyor ötən gün qatıldığı "The Ellen DeGeneres Show"da sözügedən döymədən danışaraq bəzi insanların bəyənmədiyini qeyd edib:

"Sirr kimi saxladığım bir şey deyildi, amma foto da çəkdirmirdim. Havay adalarında olarkən paparassilərin obyektivinə tuş gəldim. Döyməni görənlər onu bəyənmir, amma mənim üçün önəmli bir şeyi təmsil edir".