Tibbi tullantılar və onların daşınması sahəsində ciddi problem var Yaqut Qarayeva


Digərləri 30 İyl 2021 18:02:00 147 0

Tibbi tullantılar və onların daşınması sahəsində ciddi problem var  Yaqut Qarayeva

Tibbi tullantılar çox böyük problemdir. Tibbi tullantıların ayrılması əsasən xəstəxana daxilində baş verir və bu, infeksiyaya nəzarət proqramının işidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bizim məsuliyyətimiz tibbi tullantını xəstəxanada doğru ayırmaqdır - infeksion olub-olmaması, məişət, yoxsa tibbi tullantı olması və s.

"Xəstədən gələn hər bir tullantı infeksion sayılır. Xəstəxananın ofis, idarəetmə hissələrində yaranan tullantılar isə qeyri-infeksion, məişət tullantıları hesab edilir. Bundan əlavə olaraq, xəstəxanada kəsici, dəlici tullantılar da var. Bunlar böyük risk daşıyır. Məsələn, adi bir iynənin dezinfeksiya edilsə belə deşilən torbaya qoyularaq zibil qabına atılması, sonradan həmin zibili yığışdıran, toplayan şəxs üçün risk mənbəyidir. Ona görə də kəsici, deşici alətlərin atılması zamanı xüsusi, deşilməyən plastik qablardan istifadə olunmalıdır" - deyə, Qarayeva vurğulayıb.