Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib FOTO


Siyasət 30 İyl 2021 17:20:00 110 0

Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib  FOTO

İyulun 30-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, "Yüksəliş" müsabiqəsinin təşkilat komitəsinin üzvü Anar Ələkbərov müsabiqənin qalibləri ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, müsabiqə qalibləri elan edildikdən sonra bu, onlarla keçirilən ilk görüşdür.

"Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev bu görüşün Heydər Əliyev Mərkəzində təşkilinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, müsabiqə ölkə həyatı üçün önəmli olacaq idarəçiləri seçir. Bu çətin müsabiqədə qalib gəlmək iştirakçıların böyük potensialından xəbər verir.

Anar Ələkbərov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. Vurğulayıb ki, Ulu Öndərin adını daşıyan bu Mərkəzdə "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşmək qürurvericidir.

Müsabiqənin əhəmiyyətindən danışan A.Ələkbərov gələcəkdə Azərbaycanda kadr potensialının yaradılması üçün peşəkar mütəxəssislərdən ibarət komanda formalaşdırılmasına diqqət çəkib, finala çıxmış 112 nəfərdən 27-nin qalib gəlməsinin çox sevindirici hal olduğunu deyib.

Vurğulanıb ki, Azərbaycan hökuməti təhsilə, gənclərimizin inkişafına, ölkə həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyat, təhsil, yüksək texnologiya, hərbi sahədə peşəkar kadrların formalaşmasına böyük dəstək göstərir, müvafiq istiqamətdə proqramlar icra edilir. Bu proqramlar ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman dəstəklənib. Prezident İlham Əliyev də bu layihələrə çox böyük önəm verir. Eyni zamanda, Heydər Əliyev Fondu gənclərimizə dəstək olmaq istiqamətində böyük layihələr həyata keçirir.

Qeyd olunub ki, müsabiqə qaliblərinin potensialından gələcəkdə istifadə edilməsi dövlətimizin başçısının və birinci xanımın xüsusi diqqətindədir. Eyni zamanda, dövlətin bu qaliblərdən böyük gözləntiləri var. "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsində müvafiq məsələ ilə bağlı müzakirə aparılıb.

Ümummilli lider Heydər Əliyevin vaxtilə gənclərin hərbi sahədə təhsilinə, bu istiqamətdə kadrların yetişməsinə xüsusi önəm verdiyini, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini diqqətə çatdıran Anar Ələkbərov hazırda bu ərazilərdə genişmiqyaslı layihələrin icrasına başlanıldığını bildirib. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə, yaxud ölkəmizin digər bölgələrində müxtəlif proqramların reallaşdırılmasında "Yüksəliş" müsabiqəsinin qaliblərinin potensialından istifadə edilməsi nəzərdə tutulur. Bununla yanaşı, qaliblərin öz təklifləri də nəzərə alınacaq və mühüm təşəbbüslər hər zaman dəstəklənəcək. Həmçinin müsabiqə finalçılarının da potensialından istifadə olunacağı diqqətə çatdırılıb.

Fikir mübadiləsi formatında keçən tədbirdə müsabiqə qalibləri Orxan Zakirov, Orxan Qazı zadə, Leyla Xəlilova-Rzazadə, Semral Əliyev, Xamis Seyranov görüşün təşkilinə görə təşəkkürlərini bildiriblər.

Çıxışlarda bu müsabiqənin davamlı olmasına dair fikirlər səsləndirilib.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının 21-51 yaşlı, ikiillik idarəçilik təcrübəsi olan ali təhsilli vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn və əyani seçim, yarımfinal və finaldan ibarətdir.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Azərbaycanlı bloger Tbilisidə ölü tapıldı like
  • 30 İyl 17:18  
Digərləri Azərbaycanlı bloger Tbilisidə ölü tapıldı

Azərbaycan vətəndaşı Gürcüstanda mehmanxanada ölü tapılıb.

arrow Ətraflı
Polisi döyən deputatla bağlı cinayət işi açıldı like
  • 30 İyl 17:16  
Digərləri Polisi döyən deputatla bağlı cinayət işi açıldı

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən &q

arrow Ətraflı
Xatirə ailəsi ilə görüntü paylaşdı, saçı tənqid edildi  FOTO like
  • 30 İyl 17:12  
Şou-biznes Xatirə ailəsi ilə görüntü paylaşdı, saçı tənqid edildi FOTO

Müğənni Xatirə İslam sosial şəbəkədə həyat yoldaşı və oğlu ilə f

arrow Ətraflı
Paşinyan onu XİNə gətirdi like
  • 30 İyl 17:06  
Dünya Paşinyan onu XİNə gətirdi

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yeni sərənc

arrow Ətraflı
"Vaz 2115" ilə avtoxuliqanlıq edən şəxs saxlanıldı  FOTO like
  • 30 İyl 16:56  
Digərləri "Vaz 2115" ilə avtoxuliqanlıq edən şəxs saxlanıldı FOTO

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar

arrow Ətraflı
Acun məhkəməyə verdiyi Zuhalı kanalına gətirdi like
  • 30 İyl 16:50  
Şou-biznes Acun məhkəməyə verdiyi Zuhalı kanalına gətirdi

"Fox TV" ilə yollarını ayıran məşhur aparıcı Zuhal Topalın ye

arrow Ətraflı
460 manat oğurlayan şəxs saxlanıldı like
  • 30 İyl 16:44  
Digərləri 460 manat oğurlayan şəxs saxlanıldı

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirl

arrow Ətraflı
Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib like
  • 30 İyl 16:38  
Digərləri Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertl

arrow Ətraflı
Şuşanın Baş planının detalları açıqlandı like
  • 30 İyl 16:36  
Digərləri Şuşanın Baş planının detalları açıqlandı

Şuşa şəhərinin Baş planının bəzi detalları açıqlanıb.

arrow Ətraflı
“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb  FOTO like
  • 30 İyl 16:34  
Digərləri “Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "

arrow Ətraflı
Bugün ölkədə 50 min nəfər vaksinləndi like
  • 30 İyl 16:26  
Digərləri Bugün ölkədə 50 min nəfər vaksinləndi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 87286 vaksin vurulub

arrow Ətraflı
Evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı like
  • 30 İyl 16:20  
Digərləri Evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb.

arrow Ətraflı
Şəhid polkovnikin qızı çempion oldu  FOTO like
  • 30 İyl 16:14  
Digərləri Şəhid polkovnikin qızı çempion oldu FOTO

Şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva müəllifi oldu

arrow Ətraflı
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı like
  • 30 İyl 16:12  
Digərləri Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə

arrow Ətraflı