Hər yer yanıb külə döndü, şəhid qəbri və türk bayrağından başqa... Möcüzə kimi olay FOTO


Digərləri 30 İyl 2021 16:32:00 129 0

Hər yer yanıb külə döndü, şəhid qəbri və türk bayrağından başqa...  Möcüzə kimi olay  FOTO

Mersində hər kəsi şoka salan hal yaşanıb.

Son.az haberler.com-a istinadən xəbər verir ki, meşə yanğınında ziyan görən qəbiristanlıqda şəhidin məzarı və Türkiyə bayrağı zərər görməyib. 2018 -ci ildə Tuncelidə şəhid olan yandarma çavuş Ferruh Dikmenin məzarı və Türk bayrağına zərər dəyməyib. Əlverişsiz hava şəraiti səbəbiylə 2018-ci ilin oktyabr ayında Tuncelinin Nazımiye rayonunda şəhid olan Dikmenin məzarını ziyarət edən vətəndaşlar dualar ediblər.

"Qəbiristanlıqlarımız yandı, amma şəhidimizin məzarı yanmadı. Bayrağımız yanmadı" -deyə bələdiyyə rəhbəri deyib.

Kamran Seyidov Son.az