Azərbaycan dövlət, xalq olaraq Türkiyənin yanındadır


Siyasət 30 İyl 2021 15:54:00 84 0

Azərbaycan dövlət, xalq olaraq Türkiyənin yanındadır

"Türkiyə və Azərbaycan dövlət, xalq, cəmiyyət olaraq ortaq tariximizə, tariximizdə üzləşdiyimiz problemlərə, onlara qarşı apardığımız mübarizəyə sadiqlik göstərərək, bu günün də yaratmış olduğu reallıqlara çevik və adekvat cavab verərək hər zaman sevincdə də, kədərdə də bir-birinə dəstəkdir".

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, dövlətimizin qardaş dövlətə yardım göndərməsi Şuşa bəyannaməsinin ruhuna tamamilə uyğundur:

"Nəzərə alsaq ki, 15 iyun 2021-ci il tarixində Türkiyə və Azərbaycan arasında ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti, milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsipləri qeyd olunur, o zaman Türkiyədə baş verən yanğınlarla əlaqədar olaraq dövlətimizin qardaş dövlətə 500 nəfərlik heyət, helikopterlər, bütün lazımi avadanlıq və ləvazimatlar göndərməsi Şuşa bəyannaməsinin ruhuna tamamilə uyğundur. 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Onların siyasətlərinin davamçıları Prezident İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan da atdığı hər addımda bu iki dövlət adamlarının ideallarına sadiqdirlər. Eynilə, xalqımız, cəmiyyətimiz də sevincdə də, kədərdə də bir yerdədir. Bu baxımdan da Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları bizi dərindən kədərləndirir. 

Məsələ ilə əlaqədar Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi. Eynilə, bütün Azərbaycan xalqı media vasitəsilə hadisənin gedişini anbaan izləyir, sosial şəbəkələrdə yanğınla əlaqədar olaraq genişmiqyaslı dəstək nümayiş olunur. Bu isə bir daha onu göstərir ki, təkcə dövlətlərimiz yox, sadə vətəndaşlarımız da bir-birilərinə dəstəkdirlər.

İllər ərzində Türkiyə Ermənistanın işğal siyasətinə görə Azərbaycana sadəcə sözdə deyil, əməldə dəstək nümayiş etdirərək yanımızda oldu. Eynilə biz də qəlbdən həm dövlət, hökümət, xalq, cəmiyyət olaraq Türkiyənin yanındayıq.  Azərbaycan Prezidenti cənab İlham Əliyev, eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqının milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki dahi liderdir. 

Əminik ki, güclü Türkiyə dövlətinin güclü Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında mətin türk xalqı bu sınaqdan da çıxacaq. Bütün dünya liderlərindən Türkiyəyə dəstək nümayiş olunur. Yanğın nəticəsində həyatını itirən insanlara Allahdan rəhmət diləyirik. Xəsarət alan, yaranan insanlara şəfa diləyirik". 

Təhməz Əsədov Son.az

Eyvana çıxıb "gəlirəm uşaqlar" deyib özünü güllələdi like
  • 30 İyl 15:50  
Digərləri Eyvana çıxıb "gəlirəm uşaqlar" deyib özünü güllələdi

Bursa (Türkiyə) yaşadığı binanın üçüncü mərtəbəsinin balkonuna ç

arrow Ətraflı
Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” like
  • 30 İyl 15:46  
Dünya Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək”

"Türkiyənin müxtəlif yerlərində eyni zamanda baş verən yanğnlarla

arrow Ətraflı
Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dolları ötüb like
  • 30 İyl 15:44  
Digərləri Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dolları ötüb

Azərbaycanını strateji valyuta ehtiyatları ilin əvvəlindən artaraq 52,2 m

arrow Ətraflı
Türkiyə səfiri Azərbaycana təşəkkür etdi like
  • 30 İyl 15:38  
Digərləri Türkiyə səfiri Azərbaycana təşəkkür etdi

Türkiyə səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib.

arrow Ətraflı
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı like
  • 30 İyl 15:36  
Digərləri Vüqar Səfərlinin məhkəməsi təxirə salındı

Bu gün ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dö

arrow Ətraflı
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Şuşada  FOTO like
  • 30 İyl 15:34  
Siyasət Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Şuşada FOTO

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələl

arrow Ətraflı
Türkiyədə meşələri belə yandırıblar  VİDEO like
  • 30 İyl 15:32  
Dünya Türkiyədə meşələri belə yandırıblar VİDEO

Türkiyədə güclü meşə yanğınları hələ də davam edir. Yanğınlar ilk

arrow Ətraflı
Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü like
  • 30 İyl 15:20  
Digərləri Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş v

arrow Ətraflı
"Ayaqqabısına bir villa almaq olar"  Tunardan bacısı Günellə bağlı açıqlama like
  • 30 İyl 15:14  
Şou-biznes "Ayaqqabısına bir villa almaq olar" Tunardan bacısı Günellə bağlı açıqlama

"Geyimə çox pul xərcləyir. Evdə 300-400 ayaqqabısı var. Onu satsaq b

arrow Ətraflı
Yenicə evlənən Cavid Gülə ağır itki like
  • 30 İyl 15:08  
Şou-biznes Yenicə evlənən Cavid Gülə ağır itki

Aparıcı Cavid Gülə ağır itki üz verib.

arrow Ətraflı
İsmayıllıda yol tikintisi üçün 5,6 milyon manat ayrılıb  SƏRƏNCAM like
  • 30 İyl 15:05  
Siyasət İsmayıllıda yol tikintisi üçün 5,6 milyon manat ayrılıb SƏRƏNCAM

Prezident İlham Əliyev İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eld

arrow Ətraflı
Ən qısa zamanda qüvvələr Türkiyəyə yola düşəcək  FHN like
  • 30 İyl 15:04  
Digərləri Ən qısa zamanda qüvvələr Türkiyəyə yola düşəcək FHN

Azərbaycadan Türkiyəyə yanğınsöndürmə qüvvələri göndəriləcək.

arrow Ətraflı
Nərimanovda "patı" satan qadın saxlanıldı  FOTO like
  • 30 İyl 14:56  
Digərləri Nərimanovda "patı" satan qadın saxlanıldı FOTO

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləc

arrow Ətraflı