Yanğından əziyyət çəkən bölgələrə bu qədər pul ayrıldı


Dünya 30 İyl 2021 16:08:00 241 0

Yanğından əziyyət çəkən bölgələrə bu qədər pul ayrıldı

Türkiyədə meşə yanğınlarından zərər görmüş əyalətlərə vəsait ayrılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin ailə və sosial xidmətlər naziri Derya Yanık öz tvitter hesabında açıqlayıb.

Onun sözlərinə görə, 4 əyalətdə zərər görmüş evlərin ilkin və əsas ehtiyaclarının qarşılanması məqsədilə 10 milyon türk lirəsi həcmində vəsait ayrılıb.

Bildirilir ki, bu vəsaitin 3 milyon 500 mini Adanaya, 5 milyonu Antalyaya, 500 mini Mərsinə və 1 milyonu Osmaniyeyə ayrılıb.