Türkiyədə meşələri belə yandırıblar VİDEO


Dünya 30 İyl 2021 15:32:00 163 0

Türkiyədə meşələri belə yandırıblar  VİDEO

Türkiyədə güclü meşə yanğınları hələ də davam edir. Yanğınlar ilk olaraq iyulun 28-i Antalyada başlasa da, daha sonradan 7 ayrı əyalətə keçib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğınların miqyası onun qəsdən törədilməsi ehtimalını günü-gündən artırır.

Belə ki, bu yanğın bir-birindən əlaqəsiz əyalətdə baş verir və yay aylarında isti havanın təsirindən baş verən yanğına bənzəmir.

Sosial şəbəkələrin Türkiyə seqmentində yanğınların kim tərəfindən törədilməsi ilə bağlı geniş müzakirələr aparılır. Bu müzakirələrin mərkəzində yanğının PKK terror qruplaşması nümayəndələri tərəfindən törədildiyi yer alır.