Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Şuşada FOTO


Siyasət 30 İyl 2021 15:34:00 142 0

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Şuşada  FOTO

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları Şuşa şəhərinə səfər edib.

Son.az Trend-ə istinadən bildirir ki, daha əvvəl nümayəndələr üçün Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı kiçik təqdimat edilib.

Həmçinin, Füzuli - Hadrut avtomobil yolunda aparılan minatəmizləmə işləri ilə tanışlıq olub və Zəfər Yolunun tikintisinə baxış keçirilib.