Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü


Digərləri 30 İyl 2021 15:20:00 109 0

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, Səbail rayonu Yeni Salyan yolunda N.Qasımov idarə etdiyi 125 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Təranə Zamanovanı vurub. Qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.