Dincəlmək əvəzinə çimərlikdəki zibilləri yığdı FOTO


Şou-biznes 30 İyl 2021 14:32:00 163 0

Dincəlmək əvəzinə çimərlikdəki zibilləri yığdı  FOTO

Ayvalıqdakı film çəkilişlərinə ara verən aktrisa Seda Bakan istirahətə yollanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, həyat yoldaşı Ali Erellə Bodrumda dincələn aktrisa nümunəvi addımı ilə digərlərinə örnək olub.

Seda çimərlikdə dincəlməzdən öncə dənizdə və sahildə olan plastik paket, qab, dəsmal, maska ​​kimi tullantıları bir-bir yığıb. Təqdirə layiq hərəkəti ilə diqqət çəkən aktrisa obyektivlərə tuş gəlib.