Dövlət Neft Fondu hərraclarının 87 faizində təklif tələbi üstələyib Elman Rüstəmov


Digərləri 30 İyl 2021 14:10:00 131 0

Dövlət Neft Fondu hərraclarının 87 faizində təklif tələbi üstələyib  Elman Rüstəmov

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il 55 valyuta hərracında 3,23 mlrd. ABŞ dolları satıb və hərracların 87%-də təklif tələbi üstələyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, nəticədə ARDNF hərraclarda qənaət edib və bu günə Fondun qənaəti 539 mln. dollar təşkil edir. Valyuta bazarında isə profisit var və tam tarazlıq hökm sürür.