Azərbaycanda pul bazası 5,6 faiz artıb


Digərləri 30 İyl 2021 13:52:00 106 0

Azərbaycanda pul bazası 5,6 faiz artıb

2021-ci ilin əvvəlindən Azərbaycanda pul bazası 5,6% artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Elman Rüstəmov konfransda qeyd edib ki, ilin qalan dövründə pul təklifinin dinamikası xəzinə hesabının dəyişimi və dövlət büdcəsinin xərclərinin dinamikasından asılı olacaq.