Yanğınsöndürənlərə su daşıyan gənc faciəvi şəkildə həlak oldu FOTO


Digərləri 30 İyl 2021 13:38:00 110 0

Yanğınsöndürənlərə su daşıyan gənc faciəvi şəkildə həlak oldu  FOTO

Türkiyənin Marmaris ərazisində baş verən meşə yanğınlarında yanğınsöndürənlərə su daşıyan Şahin Akdemir həlak olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Hürriyet" xəbər verir ki, 25 yaşlı Akdemir könüllü olaraq, motosikletinə yerləşən qədər içməli suyu yanğınsöndürənlərə daşıyıb.

Ərazidən çıxarkən qəza keçirən gənc alovların arasında qalaraq ölüb.

Onun son paylaşımı insanları duyğulandırıb:

"Su daşımağa davam, yenə yanğınsöndürənlərə su daşıyacağıq. Allah xeyir işlərimizi qəbul etsin".