Məşhur aktyorun malikanəsini sel basdı FOTO


Şou-biznes 30 İyl 2021 13:26:00 135 0

Məşhur aktyorun malikanəsini sel basdı  FOTO

İtaliyada baş verən daşqınlar nəticəsində Hollivud ulduzu Corc Klunin də malikanəsi zərər görüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, İtaliyada 72 saat davam edən yağışların ardından yaranan sel aktyorun evinin önünə qədər çataraq eyvandan içəri daxil olub.

Hadisə zamanı aktyor, həyat yoldaşı Amal Kluni və əkizləri evdə olsa da hadisə nəticəsində zərər görməyiblər.

XVIII əsrə aid "Oleandar" adlı villanın qapısı və aşağı mərtəbədəki otaqlar isə yararsız hala düşüb.

Kluni olayın ardından bələdiyyə rəhbəri ilə əlaqə saxlayaraq sel daşqınlarında ziyan görmüş ailələrə yardım etmək üçün qəsəbə sakinləri ilə görüşüb. O, vəziyyətin təsəvvür etdiyindən daha pis olduğunu bildirib.