Ünvanlı sosial yardımının müəyyən edilməsi zamanı kommunal ödənişlər nə üçün gəlir kimi qeydə alınır?


Digərləri 30 İyl 2021 12:32:00 134 0

Ünvanlı sosial yardımının müəyyən edilməsi zamanı kommunal ödənişlər nə üçün gəlir kimi qeydə alınır?

Ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilməsində ehtiyac meyarı ilə orta aylıq gəliri arasındakı fərq əsas götürülür.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dölət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədr müavini Mətin Əsgər deyib. O bildirib ki, elektron formada müraciət olunarkən müvafiq dövlət qurumlarının informasiya sistemlərindən və informasiya mənbələrindən sorğular olunur:

"Burada vətəndaşın gəlirləri, əməkhaqqısı, o cümlədən, hər hansısa pensiya və ya təqaüd alıb-almaması barədə daxili bazadan məlumatlar götürülür. Vətəndaş aylıq kommunal borclarını ödəyə bilirsə, deməli gəliri olub. Bu səbəbdən də kommunal xərclər gəlir kimi nəzərə alınır".