Gürcüstanda son sutkada koronavirusdan 25 nəfər öldü


Dünya 30 İyl 2021 12:28:00 136 0

Gürcüstanda son sutkada koronavirusdan 25 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 712 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 416 338, ölənlərin sayı isə 5 793 nəfərə çatıb. Virusa yoluxanlardan 381 246 nəfərin sağaldığı bildirilir.