Ermənistan əlindəki son imkanı da itirdi


Siyasət 30 İyl 2021 11:58:00 102 0

Ermənistan əlindəki son imkanı da itirdi

4 qonşuya malik olan Ermənistanın onlardan üçünə qarşı ərazi iddiaları olması tarixi saxta məlumatlar üzərində qurulmuş, bu forpost dövlətin kimin hakimiyyətdə olmasından asılı olmayaraq işğal, terror, cinayət ideyaları ilə idarə edildiyini bir daha təsdiq edir. Belə bir dövlətin təbii ki, qonşuları ilə dinc yaşamaq istəyindən söhbət də gedə bilməz. Tarixin müxtəlif dövürlərində qonşuları ilə bu cür gərgin münasibətlərinin bumeranq effekti ilə ancaq özlərinə zərbə endirdiyinə şahid olsaq belə, son 44 günlük Vətən müharibəsinin acı nəticəsi də Ermənistanı məkirli planlarından çəkindirmir.

Əsassız, sərsəm iddialarından əl çəkməyən Ermənistanın yenidən Azərbaycanla sərhəddə gərginlik yaratması 10 noyabr üçtərəfli bəyanatın şərtlərindən imtina etməsi, uzun illər forpostu olduğu, gah kömək umub, gah da orbitindən çıxmağa çalışdığı Rusiyanın dövlət başçısının imzasına hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtinadan başqa bir şey deyil. Bu isə 10 noyabr bəyanatının şərtlərini - sərhədlərin delimitasiya, demarkasiyasını, Zəngəzur dəhlizi və digər kommunikasiyalarla bağlı məsələlərin həllini tapması üçün Azərbaycanın 44 günlük Vətən müharibəsində olduğu kimi bu missiyanın öhdəsindən güc yolu ilə gəlməsinə səbəb yaradır. 

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına son müsahibəsinin ardından atdığı son tvitləri bir daha düşməni fakt qarşısında qoyur. Birinci açıqlamada Avropa İttifaqı ilə Azərbaycan arasında yaxın vaxtlarda Sazişin imzalacağından xəbər verilir: "Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər".

Bunun ardınca növbəti paylaşımda Azərbaycanla Ermənistan arasında mümkün sülh razılaşmasından söhbət açılır və Prezident ölkəmizin danışıqlara hazır olduğunu bəyan edir: " Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir . Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq".

Dövlət başçısının bu tvitləri Ermənistana yönəlmiş ciddi mesajlardır. Qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, dövlət başçısı Aİ ilə imzalanacaq sazişin 90 faizinin razılaşdırıldığını deməklə Azərbaycanın iradəsinə bağlı məsələləri nəzərdə tutur, yerdə qalan 10 faizin isə Ermənistanın icra etməkdən yayınmağa çalışdığı kapitulyasiya aktı hesab edilən 10 noyabr üçtərəfli bəyanatından asılı olduğu ehtimalı artır. Aİ-nın bu sazişin imzalanmasında maraqlı olması isə, Ermənistanın Azərbaycanla sülh danışıqlarına başlamasına təsir göstərəcəyi anlamına gəlir. Azərbaycan Prezidentinin əminliklə dediyi "Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir" ifadələrdən belə aydın olur ki, Ermənistanın faktiki olaraq Azərbaycanın irəli sürdüyü gündəlikdən çıxması mümkünsüzdür. 

O da aydın olur ki, Rusiya ilə Qərb arasında manevrlər "imkanlarını" işə salmaqla destruktiv mövqe nümayiş etdirən İrəvanın ənənəvi siyasətinə söykənərək konstruktiv platformadan qaçdığını yaxşı bilən Prezident İlham Əliyev pressinqli elə bir diplomatik hücum planı hazırlayıb ki, bir-birinə zidd tərəflərdə dayanan güc mərkəzləri Rusiya və Qərbin Azərbaycanın təqdim etdiyi, rəsmi Bakının maraqları əsasında hazırlanan gündəliyə "hə" dedilər. Müharibədən sonrakı mərhələ Ermənistan üçün son imkan idi. Postkonflikt dövründə olduqca çevik addımlar atan Azərbaycan bununla da müharibədəki qələbənin davamını gətirmək üçün əla imkan əldə edib. Bu imkan Ermənistanın "come back" arzusunu sıfıra endirib.

Ötən gün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca Rusiya sərhədçilərinin dayaq məntəqələrini yerləşdirməyi təklif etməsinə Moskvadan cavab özünü çox gözlətmədi. Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun Paşinyanın təklifinə "Paşinyanın təklifi ilə bağlı hər iki tərəflə danışıqlar aparılır" cavabı bir daha sərhəd məsələləri daxil olmaqla 10 noyabr sənədlərinə daxil olan bir çox məsələlərin məhz Bakının təqdim etdiyi gündəlik əsasında icra ediləcəyindən xəbər verir. Peskov bu cavabı ilə Ermənistana "Hər şey rəsmi Bakının reaksiyasına bağlıdır" mesajı verdi. 

Hadisələrin bu cür inkişafı Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalaması üçün son tamamlama işlərinin getdiyini deməyə imkan verir. Təbii ki, burada əsas Azərbaycanın istəkləri prearitet təşkil edəcək. Çünki dünya tarixinə də nəzər salsaq, görərik ki, həmişə güclü tərəf zəif tərəfi sülh sazişi imzalamağa məcbur edib. Sülhə məcbur etmə təcrübəsindən məharətlə istifadə edən rəsmi Bakı Ermənistan bunu arzulamasa belə diqtə edən tərəfdir. Belə bir vəziyyətdə II Qarabağ müharibəsində ordusu darmadağın edilən Ermənistanın rəsmi Bakının qoyduğu şərtlər daxilində sülh sazişini imzalamaqdan yayınmaq üçün hər vasitələrə əl atır.

Məqsəd isə dünya ictimaiyyətinin fikrini bölgəyə yönəldib, vəziyyətdən çıxmaq üçün lazımı dəstəyi almaqdır. Elə bunun üçün də sərhəddəki son təxribatlar son günlər daha intensiv xarakter alıb. Nəticədə Azərbaycan Ermənistan ərazisindən pozulan atəşkəs nöqtələrini susduqrmaq məcburiyyətində qalır. Ermənistan bunu  əlində əsas götürərək dünyaya hayqırır ki, baxın, Azərbaycan bizim ərazimizə hərbi müdaxilə edir. Lakin, nə Ermənistan hərbi-siyasi rəhbərliyi, nə də ermənipərəst qüvvələr unutmamalıdırlar ki, Azərbaycan ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı üçün istənilən lazımı addımı atmağa hazırdır və atacaq. 

Təhməz Əsədov Son.az

Füzuli beynəlxalq hava limanının tikinsi ilə bağlı son vəziyyət açıqlandı like
  • 30 İyl 11:52  
Digərləri Füzuli beynəlxalq hava limanının tikinsi ilə bağlı son vəziyyət açıqlandı

Hazırda Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolağında üst lay

arrow Ətraflı
Müdafiə naziri ümumqoşun poliqonunda  FOTO like
  • 30 İyl 11:50  
Digərləri Müdafiə naziri ümumqoşun poliqonunda FOTO

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov

arrow Ətraflı
Azərbaycan gözəlinin qızı İsveçrədə nişanlandı  FOTO like
  • 30 İyl 11:46  
Şou-biznes Azərbaycan gözəlinin qızı İsveçrədə nişanlandı FOTO

"Miss millenium" gözəli Validə Abbasovanın qızı Kamilla nişanla

arrow Ətraflı
Qardaş Türkiyənin yanındayıq! like
  • 30 İyl 11:40  
Digərləri Qardaş Türkiyənin yanındayıq!

Qardaş Türkiyənin müxtəlif bölgələrində baş verən  meşə yanğınla

arrow Ətraflı
Sərxoş halda polisi döyən deputat Eldəniz Səlimovun DOSYEsi like
  • 30 İyl 11:34  
Digərləri Sərxoş halda polisi döyən deputat Eldəniz Səlimovun DOSYEsi

Xəbər verdiyimiz kimi, İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlim

arrow Ətraflı
Bodrumda yanğın söndürüldü: Turistlər otellərə qayıdır like
  • 30 İyl 11:28  
Digərləri Bodrumda yanğın söndürüldü: Turistlər otellərə qayıdır

Türkiyənin Bodrum şəhərində baş vermiş yanğın söndürülüb. 

arrow Ətraflı
Zəfərimizin "Zəfər Salnaməsi"  FOTO like
  • 30 İyl 11:26  
Digərləri Zəfərimizin "Zəfər Salnaməsi" FOTO

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr

arrow Ətraflı
Ötən gün 90 nəfərə toya getmək baha başa gəldi  219 nəfər məclisə buraxılmadı like
  • 30 İyl 11:22  
Digərləri Ötən gün 90 nəfərə toya getmək baha başa gəldi 219 nəfər məclisə buraxılmadı

İyulun 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin

arrow Ətraflı
"Arka sokaklar"ın aktyorunu Eynşteynə bənzətdilər  FOTO like
  • 30 İyl 11:10  
Şou-biznes "Arka sokaklar"ın aktyorunu Eynşteynə bənzətdilər FOTO

Sonuncu dəfə "Arka sokaklar" serialında rol alan aktyor Özgür Oza

arrow Ətraflı
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib like
  • 30 İyl 10:59  
Siyasət Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasın

arrow Ətraflı
Əlverişsiz havaya görə işdə yaranan fasilələr əməkhaqqına təsir edir?  Açıqlama like
  • 30 İyl 10:58  
Digərləri Əlverişsiz havaya görə işdə yaranan fasilələr əməkhaqqına təsir edir? Açıqlama

Havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilər

arrow Ətraflı
Saxta COVİD test cavabları hazırlayıb 12 min manata satanlar həbs edildi like
  • 30 İyl 10:54  
Digərləri Saxta COVİD test cavabları hazırlayıb 12 min manata satanlar həbs edildi

"COVİD-19" testinin nəticələrinə dair sənədləri saxtalaşdıra

arrow Ətraflı