Əlverişsiz havaya görə işdə yaranan fasilələr əməkhaqqına təsir edir? Açıqlama


Digərləri 30 İyl 2021 10:58:00 115 0

Əlverişsiz havaya görə işdə yaranan fasilələr əməkhaqqına təsir edir?  Açıqlama

Havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Son.az Trend-ə istinadən bildirir ki,  bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov deyib. Onun sözlərinə görə, belə olan hallarda iş ya dayandırılmalı, ya da işə müddətli fasilə verilməlidir.

"Fasilələr olduqda, bu, işçinin əməkhaqqısına təsir etməməlidir. İşlər tamamilə dayandırıldıqda isə işçiyə məvacib orta əməkhaqqının üçdə ikisindən az olmayaraq ödənilməlidir. Əgər işəgötürən Həmkarlar İttifaqının üzvüdürsə, fasilələr razılaşdırılmış qrafik əsasında tərtib edilir" - deyə, o bildirib.