Koronavirus kişilərdə cinsi funksiyalara necə təsir edir?


Digərləri 30 İyl 2021 09:16:00 152 0

Koronavirus kişilərdə cinsi funksiyalara necə təsir edir?

İranlı bioloqlar SARS-CoV-2 virusunun kişilərdə reproduktiv funksiyalara təsirini araşdırıblar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Reproduction, Fertility and Development" jurnalında nəşr olunub.

Məşhəd Tibb Elmləri Universitetindən Fatemeh Mohanazadə Fəlahinin rəhbərliyilə, alimlər koronavirusu orta ağır formada keçirmiş 20 kişi üzərində müşahidə aparıblar. Müəyyən olunub ki, COVID -19 çoxsistemli infeksiya olduğu üçün orqanizmin bir çox funksiyalarına, o cümlədən də cinsi funksiyalara mənfi təsir göstərir.

Virus prostat vəzisi hüceyrələrinə daxil olaraq, kişi reproduktiv sağlamlığını təhdid edir. Lakin təxminən 120 gün sonra hüceyrələr COVID-in mənfi təsirini tam şəkildə neytrallaşdırır və bütün cinsi funksiyalar əvvəlki səviyyəsində bərpa olunur.