Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı artıb


Dünya 30 İyl 2021 07:25:00 127 0

Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı artıb

Türkiyənin cənubunda meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli bildirib.

Nazir bildirib: "Təəssüf ki, yanğınlar nəticəsində daha bir nəfər öldü. Hadisə Marmaris vilayəti yaxınlığında baş verib".

Qeyd edək ki, daha əvvəl 3 nəfərin ölməsi barədə məlumat verilmişdi.