Günün qoroskopu: Maliyyə baxımından əlverişli zamandır


Digərləri 30 İyl 2021 00:01:00 158 0

Günün qoroskopu: Maliyyə baxımından əlverişli zamandır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısı sakit və rəvandır. Hətta situsiya sizə bir qədər darıxdırıcı təsir də bağışlaya bilər. İdeyalar və ya yaşamınızda nəyisə dəyişmək istəyi yoxdur. Hadisələr ənənəvi məcrada, rutin formada inkişaf edir. Səhhətinizdə problem, yorğunluq hissinin yaranması istisna deyil.

Günün ikinci yarısında vəziyyət dəyişəcək. Enerji artacaq. Maraqlı təkliflər alacaqsınız. Başladığınız işi yarımçıq qoymayın. Uzunmüddətli planlar qurmaq, onları yaxınlarınızla müzakirə etmək olar.

Buğa - əlverişli zamandır. Əldə edəcəyiniz uğurların miqyası yalnız sizdən, intizamlı davranışınızdan asılıdır. Var qüvvənizlə çalışsanız yaxşı nəticələr əldə edə bilərsiniz. Sərfəli anlaşma istisna deyil. Yaxın gələcəkdə əhəmiyyətli gəlir olacaq.

Günün ikinci yarısında qəfil görüş istisna deyil. Çoxdan bəri görmədiyiniz insanlar özlərini xatırladacaqlar. Köhnə romantik münasibətləri bərpa etmək olar. Fəqət, qərar verməzdən əvvəl bu münasibətin sizə gərək olub-olmadığını müəyyənləşdirin.

Əkizlər - günün ilk yarısında kiçik, amma usandırıcı problemlər ola bilər. Narahat olmayın, gərgin dövrün ömrü uzun olmayacaq. Bədbinliyə qapılmayın. Bədxahların planlarını alt-üst etməyin, rəqibləri üstələməyin yollarını tapın.

İşgüzar danışıqlar pis keçməyəcək. Potensial sifarişçi ilə danışıqlar, sifarişin və ya layihənin müzakirəsi, yeni işə başlamaq üçün yaxşı zamandır.

Günün ikinci yarısında romantik hisslərə aldanmayın. Addımlarını verə biləcəyi nəticələri düşünün.

Müdrik, ehtiyatlı olun. Düşünüb-daşınmağı izafilik hesab etməyin.

Xərçəng - asan qələbələr, sürətli irəliləyiş olmayacaq. Fəqət, gördüyünüz işə görə mükafat alacaqsınız.

Xərçəng - asan qələbələr olmayacaq. Görülən işin müqabilində pulunuzu alanda diqqətli olun. Zəhmətiniz hədər getməyəcək. Lakin yaxın ətrafınızdakı insanlar ən yaxşı məziyyətlərinizi görmək istəməyəcəklər. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır.

Günün ikinci yarısında genişmiqyaslı, mürəkkəb işə start vermək fikriniz varsa, köhnə müttəfiqləri işə cəlb edə bilərsiniz.

İşgüzar təmaslar harmonik olsa da, şəxsi münasibətlərdə problemlər var. Kiçik və mənasız nüanslara görə yaxınlarınızla mübahisə etməyin. Ailə üzvləri ilə dil tapmaqda çətinlik yaranacaq. Ən önəmli məqamda dostlar sizi dəstəkləməyə bilərlər. Situasiyaya təsir edin, hadisələrin məcrasını dəyişin. Axşam saatlarında vəziyyət yaxşılaşa bilər.

Şir - günün ilk yarısında soyuqqanlı və təmkinli olun. Çoxsaylı təxribatlara uymayın. Sağlam məntiqlə davranın. Mürəkkəb, qarışıq situasiyada optimal variant tapmağa çalışın. İşlərin gedişatı seçəcəyiniz yoldan asılı olacaq.

Günün ikinci yarısında işdə rəhbərliklə ünsiyyətdə çox diqqəli olun. İşgüzar etiket qaydalarını pozmayın. Kollektivdə qeyri-formal münasibətlər olsa da, sayıqlığı əldən verməyin.

Axşam saatlarında xoş sürprizlər olacaq. Maliyyə problemi həllini tapacaq. Gəlirlər istisna deyil.

Qız - əlverişli, maraqlı və uğurlu gün olacaq. Təcrübəli və bilikli insanlarla ünsiyyətdən yararlana bilərsiniz. Sizi maraqlandıran sualları bu adamlara ünvanlamaqdan çəkinməyin. İşdə rəhbərliklə fikir ayrılqları istisna deyil.

Günün ikinci yarısında ideyalarınız layiqli dəstək almayacaq.

Axşam saatları səfər və ya gəzinti üçün sərfəlidir. Açıq havada nə qədər çox olsanız, bir o qədər yaxşıdır. Yeni tanışların hamısına inanmaq gərək deyil. Mənasız təmaslara heç bir lüzum yoxdur.

Tərəzi - maddi baxımından çox qarışıq, mürəkkəb gündür. Maliyyə məsələləri ilə bağlı mühüm qərarların qəbulu, ciddi anlaşmalar və alış-veriş üçün sərfəli zaman deyil. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Yaxşı ideyalar qıt olmayacaq.

Günün ikinci yarısında işdəki problemlərdən birini həll edə biləcəksiniz. Mövqelərinizi möhkəmləndirin, tərəfdaş və ya şəriklərin sizə olan sayğısını artırın.