Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanıb


Digərləri 29 İyl 2021 23:37:00 133 0

Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə 71 yaşlı kişinin meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Quliyev İftixar Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.