Bodrumda yanğınla bağlı 3 min nəfər təxliyə olunub


Dünya 29 İyl 2021 22:44:00 139 0

Bodrumda yanğınla bağlı 3 min nəfər təxliyə olunub

Muğlanın Bodrum rayonunda baş verən meşə yanğını otellər üçün təhlükə yaratdığına görə 3 min nəfər təxliyə olunub.

Son.az APA-ya istinadən xəbər verir ki, dəniz yolu ilə təxliyə edilən şəxslər Güvercinlik məhəlləsinə gətrirlib, Bodrum Bələdiyyəsinin əməkdaşları onları başqa otellərə yerləşdiriblər.

Qeyd edək ki, bu gün Türkiyənin 8 vilayətində 50-dən çox yerdə yanğın baş verib.

Böyükmiqyaslı yanğn fəlakətilə əlaqədar araşdırma başlanıb.