Kubada son iki həftə ərzində 6 yüksək rütbəli hərbçi ölüb


Dünya 29 İyl 2021 22:49:00 183 0

Kubada son iki həftə ərzində 6 yüksək rütbəli hərbçi ölüb

Kubada son iki həftə ərzində 6 yüksək rütbəli hərbçi ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Onların arasında keçən əsrin 50-ci illərində Fulxensio Batista rejiminə qarşı mübarizənin iştirakçılarından olan Gilberto Antonio Kardero da var.

Hərbçinin yandırıldığı bildirilsə də, ölüm səbəbi barədə məlumat verilməyib.

Kardero 1957-ci ildə inqilabi qüvvələrə qoşularaq Raul Kastronun rəhbərliyi altında döyüşüb.