Möminlər üçün Qiyamətin hesabı nə qədər çəkəcək?


Digərləri 29 İyl 2021 22:30:00 148 0

Möminlər üçün Qiyamətin hesabı nə qədər çəkəcək?

O kəslər ki, İmam Əli (ə) bayrağı altında toplaşıblar - onlar Kövsər suyundan sirab olacaqlar. Hədislərin buyurduğuna görə, onlar işıq sürəti ilə behiştdəki yerlərinə çatacaqlar.

Həyatımız boyu elə anlar vardır ki, bizim üçün çox nigaranedəcidir. Misal üçün, ali məktəbə daxil olmaq üçün verdiyimiz imtahanın cavabını gözləyən zaman. Bu intizar zamanında qəlbimizin döyünməsi yüksələr və zehnimizə yüzlərlə fikir gələr.

İnsanı nigaran edən ən mühüm anlardan biri də Qiyamət günü verdiyi hesab zamanıdır. Bu, elə yerdir ki, nə təzədən imtahan vermək olur və nə də hansısa əməli görmək olur. Əgər qəbul olunarsa, yeri behişt olar. Əks halda cəhənnəm atəşinə atılar.

Hədislərdə oxuduğumuz kimi, Qiyamət gününün çox sayda dayanacağı olacaqdır ki, hər birində insan hesaba çəkiləcəkdir. Namaz, haqqun-nas, sileyi-rəhm kimi dayanacaqlarda.

Əgər mömin bu dayanacaqlardan başıuca halda çıxarsa, mükafatı behişt olar. Qiyamət gününün hesabı çox çətin olacaqdır. Ancaq əgər insan Əhli-Beyt (ə) davamçısıdırsa, o zaman başqalarından fərqli olaraq hesabı asan olar və çox uzun zaman çəkməz.

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, Qiyamət gününün hesabı nə qədər çətin və uzunmüddətlidir?

Həzrət (s) buyurur: "Mömin üçün bir anlıqdır. Dünyada bir namaz qılmaqdan az müddətdədir".

Ona görə də Qiyamət günü möminin üzü güləcək və nigarançılıqları sevincə çevriləcəkdir.

Uca Allah bizləri də Qiyamət günü sevinənlərdən etsin! Amin!