Yaxın Şərq və Şimali Afrikada koronavirusun


Dünya 29 İyl 2021 22:02:00 154 0

Yaxın Şərq və Şimali Afrikada koronavirusun

Koronavirusun "Delta" ştammı Yaxın Şərqdə və Şimali Afrikada yoluxma sayında artıma səbəb oldu. Dünyanın bu hissəsində koronavirusun dördüncü dalğası müşahidə olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə qərb KİV-ləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi Regional Bürosuna istinadən xəbər verib.

Büron direktoru Əhməd əl-Mandxari bildirib ki, xəstəxanaya yerləşdirilən yeni xəstələrinin çoxu peyvənd edilməmiş insanlardır: "Hazırda bölgədə COVID-19-un dördüncü dalğasının şahidiyik".

"Delta" ştammı indi Mərakeşdən Pakistana qədər bölgənin 22 ölkəsində 15-də qeydə alınıb.