SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu


Digərləri 29 İyl 2021 21:57:00 233 0

SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu

SMA xəstəsi olan Tunar Bağırovun sağalması üçün lazım olan iynə ona vurulub. 

Son.az azxeber.com-a istinadən bildirir ki, bu haqda Tunarın anası Səbinə Əliyeva məlumat verib.  

O bildirib ku, Tunara müalicə aldığı ABŞ-ın Boston şəhər xəstəxanasında "zolgensma" iynəsi vurulub.   Səbinə Əliyeva hər kəsə təşəkkür edib:

"Tunarın iynəsi vurulub, dərman damar vasitəsilə qəbul edilir. 

Gözünüz aydın olsun. Neçə ay idi ki, bunun üçün çalışırdıq. Bununla da bitdi, iynə həyəcanı geridə qaldı. Bundan sonra idmanlar, lazımi müalicələr davam edəcək. İynə öz təsirini qarşıdakı illər ərzində göstərəcək. Sadəcə bu iynə üçün neçə ay idi ki çalışırdıq. Çox şükür ki, Tunarın kampaniyası Ramazan bayramında bitdi. 

Qurban bayramında gəldik, Qədir-Xum bayramında da iynəsi vurulur. İnşallah düşərli olar.